SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
ABƏŞ mənfəət vergisi ödəmələrini 11%-ə yaxın artırıb

ABƏŞ mənfəət vergisi ödəmələrini 11%-ə yaxın artırıb

  • 29 iyul 2026, 11:27

Bu ilin I yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 204,3 milyon manat mənfəət vergisi ödəyib.

Bu barədə Yurd.Media-ya şirkətdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.

ABƏŞ 1994-cü ildə "Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi" haqqında imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılıb. Buraya 7 ölkəni (Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları