Maliyyə Nazirliyi 2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi ilə bağlı göstəriciləri açıqlayıb.
Nazirlikdən Yurd.Media-ya bildirilib ki, 9 ayda büdcə gəlirləri 29 142,4 milyon manat, büdcə xərcləri isə 24 668,2 milyon manat təşkil edib.
Beləliklə, büdcədə 4 474,2 milyon manat profisit yaranıb.
Hesabat dövründə büdcə gəlirlərinin 10 860,7 milyon manatı Dövlət Neft Fondu, 12 455,8 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 748 milyon manatı Dövlət Gömrük Komitəsi, 34,5 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təmin edib.
Bundan başqa, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 480,2 milyon manat, sair mənbələrdən isə 563,2 milyon manat vəsait toplanılıb.