Azərbaycan və Rusiya arasında iqtisadi məsləhətləşmələr bu dəfə işğaldan azad olunan ərazilərdə baş tutdu.
Yurd.Media xəbər verir ki, bu gün Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və rusiyalı həmkarı Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Görüş zamanı Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığa dair geniş spektrli məsələlərin nəzərdən keçirilib.
Zəngilanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyanın 24-cü iclasının yekunlarına dair protokol imzalanıb.
Protokolu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və rusiyalı həmkarı Aleksey Overçuk imzalayıb.

