2025-ci ildə “Təmiz Şəhər” ASC təxminən 222 milyon kVt/saat elektrik enerjisi istehsal edib.
Bu barədə Yurd.Media-ya səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə təxminən 5% azdır.
Enerji istehsalı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda həyata keçirilir.