2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təxminən 200 nəfərin əmək müqaviləsi olmadan işlədiyini üzə çıxarıb.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, onlar 40-dan çox müəssisənin işçiləri olub.
Vətəndaşları qanunsuz işlədən sahibkarlar barədə tədbir görülüb, onlar ümumilikdə 400 min manat cərimələnib.