SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan yanvarda xarici ölkələrlə 3,5 milyard dollarlıq ticarət edib

Azərbaycan yanvarda xarici ölkələrlə 3,5 milyard dollarlıq ticarət edib

  • 16 fevral 2026, 17:44

Dövlət Gömrük Komitəsi 2026-cı ilin yanvar ayının yekunları ilə bağlı xarici ticarət icmalını açıqlayıb.

Yurd.Media xəbər verir ki, icmala əsasən, ötən ay Azərbaycan xarici ölkələrlə 3,5 milyard ABŞ dolları dəyərində ticarət edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% azdır.

Aylıq ticarət dövriyyəsinin 2,2 milyard dolları ixracın, 1,3 milyard dolları isə idxalın hesabına formalaşıb.

Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 26,4% və 36,5% azdır.

Hesabat dövründə xarici ticarətdə müsbət saldo isə 5,3% azalaraq 0,9 milyard dollar olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları