Bu ilin yanvar ayında Azərbaycana 6 774 minik avtomobili gətirilib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.
Ötən ay minik avtomobili idxalına 125,8 milyon ABŞ dolları xərclənib. Bu isə 1 il əvvələ nisbətən 2,85% çoxdur.