Bu ilin aprel ayında Azərbaycanın qeyri-neft-qaz ixracının illik dinamikası 11,7%-dən 13%-ə yüksəlib.
Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, Azərbaycan yanvar-aprel aylarında 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulu ixrac edib. Bu göstərici yanvar-mart aylarında 862 milyon dollar təşkil edib.