2025-ci ildə Azərbaycan banklarının “yaşıl nəqliyyat” çərçivəsində kredit qoyuluşu 201 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, “yaşıl kreditlər” 2024-cü ildə Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində götürülmüş 2 milyard manatlıq öhdəliyə uyğun olaraq verilib.