Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 6 862,5 milyon manat vəsait köçürüb.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.
Bununla belə, vergi daxilolmaları üzrə proqnozdan 1,9% çox icra edilib.