“Baku Steel Company” QSC kapital bazarından 10 milyon manat borclanmağa hazırlaşır.
Bu barədə Yurd.Media-ya şirkətdəki mənbə bildirib.
Məlumata görə, söhbət 5,882 milyon ABŞ dolları dəyərində istiqraz emissiyasından gedir.
Hər birinin nominal dəyəri 1 000 dollar olan 5 882 ədəd istiqraz qapalı üsulla yerləşdiriləcək.
Emissiya üzrə anderrayter, istiqrazların illik faiz dərəcəsi və faizlərin ödənilmə tezliyi hələ ki, açıqlanmır.