Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 591 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% azdır.
Son 1 ildə avtobus idxalına çəkilən xərc isə 30,2% artaraq 97,3 milyon ABŞ dollarına yüksəlib.