Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 706 elektromobil idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% azdır.
Son 1 ildə elektromobil idxalına çəkilən xərc isə 64,3% azalaraq 18,6 milyon ABŞ dollarına düşüb.
Bundan başqa, 10 ay ərzində ölkəyə 18 733 hibrid avtomobil gətirilib. Bu isə 1 il əvvələ nisbətən 63,4% azdır.
İl ərzində bu növ avtomobillərin idxalına çəkilən xərc isə 58,3% azalaraq 413,8 milyon dollar təşkil edib.