SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Kapitalını yarıbayarı azaldan neft avadanlıqları şirkəti borca düşüb

Kapitalını yarıbayarı azaldan neft avadanlıqları şirkəti borca düşüb

  • 28 noyabr 2026, 12:27

Neft-qaz sənayesi üçün avadanlıqların istehsalı və təchizatı sahəsində fəaliyyət göstərən “Neft-Mədən Avadanlığı” MMC-nin dövlətə borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 95,4 min manat təşkil edir.

2018-ci ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 20 manatdır, direktoru Xəyyam Əzimzadədir.

“Neft-Mədən Avadanlığı” MMC ötən ay nizamnamə kapitalını 40 manatdan 20 manata endirmək barədə qərar qəbul edib.

Şirkət neft və qaz quyuları üçün avadanlıqların, boru birləşmələrinin və digər sənaye avadanlıqlarının təchizatı, quraşdırılması və texniki xidməti sahələrində fəaliyyət göstərir.

Skat.az - Ev və Avtomobil elanları