Daha bir beynəlxalq maliyyə qurumu Ağdamda istehsal potensialının artırılmasında maraqlıdır.
Yurd.Media xəbər verir ki, İslam İnkişaf Bankı (İİB) Qrupunun (IsDB) nümayəndə heyəti Ağdam Sənaye Parkında olub.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti və həmkarlar ilə birlikdə Qarabağa səfərimiz çərçivəsində Ağdam Sənaye Parkında sahibkarlarla görüşdük. İstehsal potensialının artırılması və ixracyönümlü inkişaf perspektivlərini müzakirə etdik. Dayanıqlı iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində İİB-lə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik", - paylaşımda qeyd edilib.