SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Yevlax şəhərində yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir - VİDEO

Yevlax şəhərində yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir - VİDEO

  • 18 sentyabr 2025, 11:51

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumi uzunluğu isə 47 metr təşkil edir. Bu uzunluğun 37 metri qapalı şəkildə layihələndirilib.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən təsdiq olunmuş iş qrafikinə əsasən aparılır. Layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.

Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistral avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin edəcək.

Prime Leasing
SPE Annual Caspian