Fövqəladə Hallar Nazirliyi Ağstafa şəhərində yaşayış binası tikdirəcək
Yurd.Media xəbər verir ki, yaşayış binası şəhərin M.Allahverdiyev küçəsi 16 ünvanında layihələndirilib.
Belə ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin sifarişi ilə 4 mərtəbəli, 2 girişli, 32 mənzilli yaşayış binasının tikintisinə başlanılır.
Tikinti işlərinin icrası FİM Group şirkətinə həvalə olunub və onunla 2 milyon manatlıq müqavilə bağlanılıb // İqtisadiyyat.az