SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakının su dərdi: Tağıyevin 100 illik mirası, Əsədovun 15 illik problemi

Bakının su dərdi: Tağıyevin 100 illik mirası, Əsədovun 15 illik problemi

  • 23 noyabr 2025, 14:57

Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Bu barədə Yurd.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, bu, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində olacaq.

Qeyd edək ki, bu kəmərin inşasını "Azkompozit" şirkəti həyata keçirmişdi. 

Milli Məclisin keçmiş sədri Oqtay Əsədova məxsus olduğu deyilən bu şirkət rəsmən fəaliyyətə başlamamış kəmərlə bağlı keçirilmiş açıq tenderin qalibi elan edilmişdi. Elə "Azkompozit"in internet səhifəsində də etiraf edilir ki, şirkət Oğuzdan Bakıya çəkilmiş su kəmərini boru ilə təchiz etmək üçün qurulub. Və işini o qədər "keyfiyyətlə" görüb ki, 2010-cu ildə istismara verilmiş kəməri hər il təmir etmək lazım gəlir. 

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə ingilis mühəndisin çəkdiyi və 1917-ci ildə işə düşmüş Şollar su kəməri isə hələ ki, təmirə ehtiyac duymur.

Prime Leasing
SPE Annual Caspian