SÜJET
Xəzər rayonunun bu ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Zirə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.