Zirə dəniz limanında STS kranın açılış mərasimi baş tutub.
Yurd.Media xəbər verir ki, Zirə portunda həyata keçirilmiş maksimum yük daşıma qabiliyyəti 90 ton olan STS (Ship-to-Shore) sahil kranının elektrik və avtomatika layihəsi, müasir liman infrastrukturunun inkişafı üçün mühüm bir addımdır. Bu layihə, həm liman əməliyyatlarının səmərəliliyini artırmaq, həm də təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün nəzərdə tutulmuşdur.
Tədbirdə STS kranının ərsəyə gəlməsində rolu olan şəxslər, deputatlar və ictimaiyyət nümayənləri iştirak ediblər.
Çıxışçılar bildiirblər ki, Zira portun inşa etdiyi bu kran Xəzər regionunda logistikanın inkişafına yeni nəfəs verəcək və Azərbaycan adını dünya sənaye xəritəsində daha da yüksəldəcək.
Zirə dəniz limanında quraşdırılmış STS kranı tamamilə Azərbaycan mühəndisləri tərəfindən layihələndirilb və istehsal olunub. Yalnız avtomatlaşdırma sisteminin məhsulları dünya üzrə tanınmış Şinayder elektrik şirkətindən təchiz edilib.
Qeyd edək ki, STS kranı mövcud kranlardan 4 dəfə daha sürətlidir. Kranın işləmə müddəti 15 dəqiqədir. Ən önəmlisi isə budur, ki bu kran tamamilə Azərbaycanda istehsal olunmuşdur. Bu fakt bir daha göstərir, ki ölkəmiz artıq idxalçı yox ixrac gücünə malik sənaye istehsalçıdır.