Mingəçevirdə yol və səkilər təmiri üçün 2 milyon manat xərclənəcək.
Yurd.Media xəbər verir ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin yollarının və səkilərinin əsaslı təmir işlərinin həyata keçirilməsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Tenderin qalibi "ATF" MMC olub və tərəflər arasında bağlanan müqavilənin dəyəri 2 075 946 AZN təşkil edir.
Qeyd edək ki, “ATF” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Azad Muradov Əzəm oğludur. Hüquqi ünvanı Göyçay rayonu, Çayarxi ünvanında yerləşir.