SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Naxçıvanda yol təmirinə 22,8 milyon manat xərclənəcək

Naxçıvanda yol təmirinə 22,8 milyon manat xərclənəcək

  • 15 oktyabr 2025, 14:11
Naxçıvan

Naxçıvanda yol təmirinə 22,8 milyon manat xərclənəcək.

Yurd.Media FED.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhəri, Culfa, Şərur və Babək rayonları ərazisində yerləşən bir sıra qəsəbə və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərini əhatə edən tenderin nəticələri açıqlanıb.

“Naxçıvan Yol Təchizat” MMC tərəfindən elan edilən tenderin qalibi “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1500968811) olub. Müqavilənin ümumi dəyəri 22 850 195 AZN təşkil edir.

Qeyd edək ki, “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı 2007-ci ildə yaradılıb. Filialın qanuni təmsilçisi Aydın Polatdır, hüquqi ünvanı isə Goranboy rayonu, Nadırkənd kəndində yerləşir.

Prime Leasing