SÜJET
Xankəndi şəhərində daxili yollar yenidən bərpa olunacaq.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti bununla bağlı hazırlıqlara başlayıb.
Xankəndi şəhərində 20 km-lik daxili yollarının tikintisi və yenidənqurulmasını "Project Center" MMC aparacaq.
Bu işlərə sərf olunacaq vəsaitin həcmi isə 1 milyon 250 min manat olacaq.