SÜJET
Abşeron rayonu Məmmədli kəndində, xüsusilə Mərdanov Qardaşları küçəsində vəziyyət olduqca ağırdır.
Yurd.Media "İctimai TV"yə istinadən xəbər verir ki, yağış yağdığı andan etibarən küçə və həyətlərdə su yığılır, padvallar və zirzəmilər su altında qalır. Bu isə evlərin nəmlənməsinə, divarların dağılmasına və sakinlərin sağlamlığına mənfi təsir göstərir.
Sakinlər bildirib ki, bu problem təkcə Məmmədli kəndinə aid deyil. Bakıətrafı bir çox kənd və qəsəbələrdə oxşar vəziyyət müşahidə olunur. Tullantı sularının yığılması yolların sıradan çıxmasına da səbəb olur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Qurumun sifarişi ilə kanalizasiya sisteminin qurulması məqsədilə layihə sənədləri hazırlanıb. Layihənin icrası ərazinin texniki xüsusiyyətləri və digər amillər nəzərə alınaraq həyata keçiriləcək. Məmmədli kəndində də tullantı sularının idarə olunması ilə bağlı tədbirlər plan üzrə mərhələli şəkildə icra olunacaq.
Sakinlər isə illərdir bu şəraitdə yaşamaqdan narazıdır və problemin tez bir zamanda həll olunmasını istəyirlər.
Ətraflı süjetdə: