SÜJET
Ələt Azad iqtisadi zonasında inşa edilən beynəlxalq hava limanı sərnişindaşıma üçün də istifadə olunacaq.
Yurd.Media "AZTV Xəbər"-ə istinadən xəbər verir ki, inşa ediləcək hava limanı barədə məlumat verən Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, investor üçün ən vacib məsələlərdən biri nəqliyyat logistikasıdır.
Onun sözlərinə görə, əvvəlcə əzərdə tutulmuşdu ki, bu, yük hava limanı olacaq, amma sonradan beynəlxalq hava limanı olması üçün qərar verildi:
"Ələt Azad iqtisadi zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişdiyi bir nöqtədə yerləşir. Hava limanı tikiləndən sonra investorlar üçün bütün nəqliyyat logistika məsələləri çox sadə, əlverişli şəraitdə həll olunacaq".