SÜJET
Tovuz rayonu Vahidli kəndində Axıncaçayı üzərində yerləşən tarixi "Sultan" körpüsü körpü tamamilə suyun altında qalıb.
Yurd.Media xəbər verir ki, Tovuzçay su anbarı yaxınlığında yerləşən körpü yağışdan sonra daha da batıb.
"ATV"yə danışan sakinlər bildirir ki, Tovuzçay su anbarı tikilən zaman "Azərkörpü" ASC maddi-mədəniyyət abidələrinin qorunması üçün bütün müvafiq tədbirləri həyata keçirəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdü. Lakin bununla bağlı hazırlanan layihə şirkət tərəfindən düzgün icra olunmayıb, tikinti norma və qaydalarına düzgün riayət olunmayıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, "Sultan" körpüsü yaxınlığında 2007-2009-cu illərdə ətraf ərazilərin suvarılması məqsədilə bənd tikilib. Müxtəlif vaxtlardan abidənin mühafizəsi üçün inşa olunmuş köməkçi bəndin daxilində yerləşən suyu ixrac edən nasoz qurğusunun sıradan çıxması nəticəsində körpü su altında qalır və dağılma təhlükəsi ilə üzləşir.
Körpünün dağılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı artıq Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilib.