Bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin şöbə müdiri Yusif Əhədi deyib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8245 müraciətin 38%-i ləğv edilib.
O qeyd edib ki, ləğv edilmələrin əsas səbəbləri sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərdir:
“62% müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır”.