SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bakının bu rayonunda da yollar bağlanacaq - İSTİQAMƏTLƏR

Bakının bu rayonunda da yollar bağlanacaq - İSTİQAMƏTLƏR

  • 19 sentyabr 2025, 14:40
Bakı

Bakıda Xarici Dairəvi avtomobil yolunun yan yolu bağlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yurd.Media-ya bildirilib ki, Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan sentyabrın 21-i saat 22:00-a qədər paytaxtın Yasamal rayonunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Söhbət Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinə qədər olan hissədən, eləcə də Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinə qədər olan hissədən gedir.

"Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Prime Leasing