SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanla Ermənistan dəmir yolunun çəkilməsini müzakirə ediblər

Azərbaycanla Ermənistan dəmir yolunun çəkilməsini müzakirə ediblər

  • 15 yanvar 2026, 19:13

Azərbaycanla Ermənistan nümayəndələri dəmir yolunun çəkilməsini müzakirə ediblər.

Nazirlər Kabinetindən Yurd.Media-ya bildirilib ki, Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.

Qeyd olunub ki, məqsəd müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsidir.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları