SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

  • 18 yanvar 2026, 22:56
Sabirabad

Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərindəki uçan körpü yenidən tikiləcək.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, təxminən 6 minə yaxın sakinin istifadə etdiyi körpü qəzalı vəziyyətə düşdükdən sonra Sərxanbəyli kəndi ilə yanaşı, bir neçə yaşayış məntəqəsi iflic vəziyyətə düşüb.

Sakinlər avtomobillərini kollektorun bir sahilində saxlayır, digər tərəfə piyada keçməyə və ya taksi çağırmağa məcbur olurlar.

Onların sözlərinə görə, körpü uçduqdan sonra uzun məsafə qət etmək vaxt baxımından böyük çətinliklər yaranıb.

Məlumata görə, körpü Aşağı Muğan Meliorasiya İdarəsinin balansında olub və 50 ildən artıq istismar edilirdi. 2020-ci ildə qəzalı vəziyyətə düşdüyü üçün yalnız 2 tonluq nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirdi. Xəbərdarlıqlara baxmayaraq, ağırtonnajlı texnikanın körpüdən keçməsi sonda uçquna səbəb olub.

Ötən ilin sonlarında körpü tamamilə uçaraq yararsız hala düşüb. Hazırda körpünün yaxınlığında alternativ yolun çəkilişi üçün hazırlıq görülür.

Aşağı Muğan Meliorasiya İdarəsindən bildirilib ki, yeni körpünün tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aktlar tərtib olunub və smeta-layihə sənədləri hazırlanıb. Planlaşdırılıb ki, 2026-cı ildə yeni körpü tikilərək sakinlərin istifadəsinə verilsin.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları