SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Naxçıvanda nəqliyyat qarajlarını AYNA tikəcək

Naxçıvanda nəqliyyat qarajlarını AYNA tikəcək

  • 30 sentyabr 2025, 17:18
Naxçıvan

Naxçıvanda nəqliyyat mübadilə mərkəzləri və qarajların tikilməsini həyata keçirəcək qurum müəyyənləşib.

Yurd.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prime Leasing