SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sürücülərin sevinci uzun çəkmədi: 10 ay əvvəl açılan yol təmirə bağlandı

Sürücülərin sevinci uzun çəkmədi: 10 ay əvvəl açılan yol təmirə bağlandı

  • 31 avqust 2025, 18:07
Bakı

Bakının Pirşağı, Kürdəxanı və Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci uzun sürməyib. Belə ki, 10 ay əvvəl istifadəyə verilən yolun əksər hissəsi yenidən təmirə bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yurd.Media-ya bildirib ki, sözügedən yol noyabr ayında beynəlxalq tədbir öncəsi iki lay asfalt-beton örtüyü ilə istifadəyə verilib.

Hazırda layihə üzrə üçüncü aşınma lay asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Qeyd olunub ki, təmir işləri bir neçə günə yekunlaşacaq.

Prime Leasing