Salyanın küçələri asfaltlanacaq

Salyanın küçələri asfaltlanacaq

Salyan

Salyan şəhərinin bir sıra küçələrinə asfalt çəkiləcək.

"Yurd.Media"nın əldə etdiyi məlumata görə, bununla bağlı rayon icra hakimiyyəti müvafiq işlərə başlayıb.

Asfalt örtüyü şəhərin F.Zərgərli, Ə.Quliyev, T.Əbdürrəhmanov, T.Davudzadə, A.Həsənov, Kür, Vidadi, 28 May və M.Ə.Rəsulzadə küçələrində salınacaq.

Hazırda asfalt çəkilməsi üçün ölçü işləri, qüsur aktının və layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.