SÜJET
Şahbuz Rayon İcra Hakimiyyəti qışa hazırlıq işləri çərçivəsində bir sıra texnikalar alır.
Yurd.Media xəbər verir ki, bu məqsədlə qar kürəyən maşın (duzsəpən qurğu ilə), avtokran, ekskovator, tullantı maşını, mini yükləyici tırtıllı texnika sifariş edilib.
İcra hakimiyyəti bununla bağlı “Prolink Caspian” şirkəti ilə müqavilə bağlayıb, alqı-satqı yarım milyon manata başa gəlib.
Qeyd edək ki, “Prolink Caspian” şirkəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Dəmirov Vüqar Balakişi oğludur. O həm də “City Finance” bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərindən biri olub və səhmlərin 25%-nə sahiblik edib.