SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sabahdan Bakının bir küçəsində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

Sabahdan Bakının bir küçəsində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

  • 08 sentyabr 2025, 17:34

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində təmir işlərinə başlanılır.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, qəsəbənin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-da saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Təmir işləri ilə əlaqədar göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Prime Leasing