SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qarabağda avtomat meteoroloji stansiyaları quraşdırılacaq

Qarabağda avtomat meteoroloji stansiyaları quraşdırılacaq

  • 26 iyun 2025, 14:58

İşğaldan azad edilmiş ərazilərdə atmosfer proseslərinin izlənilməsi məqsədilə avtomat meteoroloji stansiyaları quraşdırılacaq.

Yurd.Media xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti “Turnkey Pro Solutions” MMC ilə müqavilə imzalayıb.

Qurumun elan etdiyi açıq tenderin ilkin ehtimal olunan qiyməti 376 min 908 manat olsa da, tərəflər 296 min 86 manata razılaşıblar.

Müqavilə ilə bağlı işlərə iyunun 21-də başlanılıb, dekabrın 30-da tamamlanması nəzərdə tutulur.

Prime Leasing
SPE Annual Caspian