SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi UZADILDI

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi UZADILDI

  • 15 aprel 2025, 20:47

Bakının Xəzər rayonunun Qala qəsəbəsində "Xaşaxuna" massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, dəyişiklik nəticəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları