Magistral kanalların yenidən qurulmasına 50 milyon manata yaxın xərclənəcək.
Yurd.Media xəbər verir ki, Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulmasına başlanılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, qurum sözügedən işlərin icrasını “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, magistral kanalların yenidən qurulması 46,4 milyon manata başa gələcək.
İşlərin həvalə olunduğu şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.