Bakının nəqliyyat və drenaj-kollektor şəbəkəsinin yenidən qurulması ilə bağlı son zamanlar verilmiş qərarlar gecikib.
Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, indi verilən qərarların nəticəsi 5 il sonra görünəcək:
“Strateji idarəçilik, planlaşdırma və proqnozlaşdırma olsa idi, bu işlər ən azı 10-15 il əvvəl başlamalı, hazırda bitmiş olmalı idi. Amma qərarlar indi verilir, nəticəsini görmək üçün azı 5 il gözləmək lazım gələcək”, - deyə o qeyd edib.