SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Gəncədə mikrorayon ərazisində elektrik təsərrüfatında fəsadlar yaranıb

Gəncədə mikrorayon ərazisində elektrik təsərrüfatında fəsadlar yaranıb

  • 21 aprel 2026, 11:04
Gəncə

Dunən axşam saatlarından Gəncə şəhər 3-cü mikrorayon ərazisində və bəzi küçələrdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Yurd.Media xəbər verir ki, çox sayda abonentin 10 saatdan artıq "işıqsız" qalmasına səbəb olaraq isə elektrik təsərrüfatında yaranmış fəsad göstərilir.

Aidiyyəti üzrə idarənin əməkdaşlarının problemin həlli istiqamətində müvafiq işlər davam etdirildiyi bildirilib.

Qeyd edək ki, analoji hall şəhərin bu ərazisində dəfələrlə yaşanır. Həmçinin elektrik enerjisində yaranmış problem səbəbindən ərazidə yerləşən hündür mərtəbəli binalarda liftlərin çalışmaması sakinlərə çətinlik yaradıb. 

Növbəti problem isə evlərini yanlız kombi sistemi ilə qızdıran abonentlər üçün olub. 

Axşam saatlarından Gəncə şəhərində yağışlı hava şəraiti müşahidə olunduğunu nəzərə alsaq havaların soyuması səbəbindən kombi çalışmayan mənzillərin isidilməsi mümkün deyil.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları