SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bu 17 kəndə su çəkiləcək - SİYAHI

Bu 17 kəndə su çəkiləcək - SİYAHI

  • 02 aprel 2026, 23:18

Azərbaycanda 17 kənddə su təchizatı şəbəkəsi qurulacaq. 

Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədlərinin hazırlanmasına başlayıb.

Qeyd edilib ki, su təchizatı şəbəkələri Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.

Belə ki, siyahıya Ağstafanın Yenigün, Hacıqabulun I Udullu, Qubalı, II Udullu, l Paşalı, Şorbaçı, ll Paşalı və Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpout, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyər, Göygölün Mollacəlil və İsmayıllının Qəzli kəndləri daxil edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları