Gəncədə qəzalı evlər təmir olunmasına başlanacaq.
Yurd.Media xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “İnşaat Servis-2” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 457.154,75 manat müəyyənləşib.//İqtisadiyyat.az