Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun Məlikçobanlı kənd sakinləri ilə səyyar qəbul keçirib.
Yurd.Media xəbər verir ki, səyyar qəbulda İcra Hakimiyyətinin başçısı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Məlikçobanlı kənd sakinləri iştirak edib.
Görüşdə çıxış edən Tahir Məmmədov son illərdə respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Məlikçobanlı kənd sakinləri tərəfindən əsasən kəndin elektrik enerjisi infrastrukturunun yenilənməsi ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.