Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov rayonun Adnalı kənd sakinləri ilə səyyar qəbul keçirilib.
Yurd.Media xəbər verir ki, səyyar qəbulda İcra Hakimiyyətinin başçısı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Adnalı kənd sakinləri iştirak ediblər.
Görüşdə çıxış edən Tahir Məmmədov son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən danışıb.
Qəbul zamanı Adnalı kənd sakinləri tərəfindən əsasən kənddaxili yolların bərpası ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.