Dəvəçi çay Şabranı yudu

Dəvəçi çay Şabranı yudu

Şabran

Şabran rayonu Surra və Ceyranlı kəndlərinə seldən ciddi ziyan dəyib.

"Yurd.media" xəbər verir ki, körpülər uçub, qazlar kəsilib və həyətləri su basıb.

Sakinlər "AZTV"yə bildirir ki, yolu su yuyub aparıb və bütün təsərrüfata ziyan dəyib.

Şabran rayon Fövqəladə Hallar Komissiyasıın üzvü İlkin Ağayev bildirir ki, magistral yolu birləşdirən üç körpünün yolları uçub. İki yola alternativ yollar verilmiş, gediş-gəliş təmin edilib.

Dövlət Su Ehtiyatları Agentliyi texnikaları Surra yaşayış massivi ərazisində sahil bərkitmə işləri aparır. "Azəriqaz"ın əməkdaşları da magistral xətti təmir edir.