SÜJET
Ceyranbatan-Abşeron, Balaxanı-Ramana, Zirə-Pirallahı magistral su kəmərinin çəkilişi işləri yekunlaşır.
Yurd.Media xəbər verir ki, su kəmərinin çəkilməsi ilə bir sıra problemlər aradan qalxır.
İri şəhərlərin birləşmiş su təchizatı xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu "AZTV Xəbər"-ə 4 anbarın tikintisi üzrə işlər aparıldığını bildirib:
"Magistral su kəməri və mərkəzi anbarın tikintisi müqaviləsi çərçivəsində Ceyranbatan su təchizatı idarəsindən Atyalı su anbarına diametri 1620 mm olan polad boru ilə ümumi uzunluğu 10.4 km olan magistral su kəmərinin və Balaxanı qəsəbə ərazisində yerləşən Balaxanı su anbarı kompleksində hər birinin tutumu 10 min kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarının tikintisi üzrə işlər yekunlaşır".
O qeyd edib ki, Sabunçu, Suraxanı, Binəqədi rayonu ərazisində yaşayan şəxslər su xəttinin çəkilməsi ilə bağlı sənədlərini toplayıb lazımi orqanlara müraciət etməlidirlər.
Qeyd edək ki, su xəttinin çəkiliş işləri cari ilin payız ayında yekunlaşacaq.