SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Beyləqanda məktəb yolu asfaltlandı

Beyləqanda məktəb yolu asfaltlandı

Beyləqan

Beyləqan şəhər 3 nömrəli tam orta məktəbə aparan hissədə yeni asfalt örtüyü çəkilib.

Yurd.Media xəbər verir ki, uzun müddət istismar nəticəsində deformasiyaya uğramış və hərəkət üçün müəyyən çətinliklər yaradan yol sahəsi əsaslı şəkildə bərpa olunaraq asfaltlanıb.

Yol təmirini həyata keçirən Beyləqan Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu işlər nəticəsində həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti üçün təhlükəsiz və rahat şərait yaradılıb:

"Həmçinin, məktəbə gedib-gələn şagirdlərin və valideynlərin gündəlik istifadə etdiyi yolun keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Rayon ərazisində sosial infrastrukturun gücləndirilməsi, yaşayış məntəqələrində yol şəbəkəsinin mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir".

Qeyd edək ki, ötən ilin sonu Beyləqan Rayonu İcra Hakimiyyəti tərəfindən Beyləqan rayonunun küçələrində yolların əsaslı təmir işləri ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanmışdı.

Tenderin qalibi "Proqress İnşaat EN" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 333 min 308 manat 65 qəpik təşkil edir.

Qeyd edək ki, "Proqress İnşaat  EN" MMC bundan əvvəl də Beyləqan Rayonu İcra Hakimiyyəti tərəfindən yolların əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 110 min 591 manat 8 qəpik təşkil edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları