SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Beyləqanda küçələr təmizlənir, abadlaşma və yol təmirinə 600 min manat xərclənir

Beyləqanda küçələr təmizlənir, abadlaşma və yol təmirinə 600 min manat xərclənir

Beyləqan

Beyləqan rayonunda küçə və prospektlərdə təmizlik tədbirləri gücləndirilir.

Yurd.Media xəbər verir ki, Beyləqan rayonunda şəhər ərazisinin sanitar vəziyyətinin yaxşılaşdırılması, küçə və prospektlərin səliqə-sahmanının qorunması istiqamətində abadlıq və təmizlik işləri həyata keçirilir.

Növbəti abadlıq tədbirləri çərçivəsində Beyləqan şəhərində şəhid Mahir Dadaşzadənin adını daşıyan küçədə səhər saatlarından etibarən genişmiqyaslı təmizlik işləri aparılıb. Ərazidə məişət tullantıları yığışdırılıb, yolkənarı sahələr və ictimai məkanlar təmizlənib, yaşıllıqlara qulluq göstərilib, ağac və kolların budanması həyata keçirilib.

Bu işlər Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişləri əsasında Beyləqan Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları tərəfindən icra olunub.

Qeyd edək ki, Beyləqan şəhər Nümayəndəliyi ötən ilin dekbarında iki satınalma müsabiqəsinə yekun vurub. Müsabiqələrin birində Beyləqan şəhər küçələrinin abadlaşdırılması, digərində isə yolların təmiri nəzərdə tutulur. Hər iki tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 617 min manatdır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları