Bakıda 79 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən bütün avtobuslar yenilənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, iyunun 1-dən etibarən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş yeni avtobuslar cəlb edilib.
Məlumata görə, xətt üzrə 16 avtobus fəaliyyət göstərəcək və nəqliyyat vasitələri 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunub ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçirilir. Gedişhaqqı isə 60 qəpik təşkil edir.