SÜJET
İctimai nəqliyyatda elektron monitor və səsli məlumat sistemlərinin fəaliyyəti bərpa olunur.
Yurd.Media “Real tv”yə istinadən xəbər verir ki, son illər ölkəmizə gətirilən yeni nəsil ictimai nəqliyyat vasitələrinin üstün cəhətlərindən biri də elektron monitorların olmasıdır. Bu monitorlarda müəyyən marşrut üzrə hərəkət edən avtobusların dayanacaq məntəqələri qeyd olunur. Həmin məntəqələrdə küçə və ya prospektlərin adı səsləndirilir. Hətta dayanacaqlararası intervallar da qeyd edilir.
Daha çox sərnişin tutumlu, kondisioner və mobil qurğuların enerji ilə yüklənməsi üçün USB portlarla təchiz edilən nəqliyyat vasitələrini bəzən səmərəli istifadə edə bilmirik. Bəzi avtobuslarda isə ümumiyyətlə işləmir.
Sakinlərin sözlərinə görə, ilk vaxtlar monitorlarla yanaşı səsli məlumatlandırma sistemi də istifadə olunurdu.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət olundu. AYNA-nın mətbuat katibi Tural Orucov ictimai nəqliyyatdan istifadə edilməsi, əlçatanlığın təmin edilməsi prioritetdir. Daşıma xidməti göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib. Texniki baxımdan audio və video elanların yayımlanması imkanları olan avtobuslarda hərəkət sxeminə daxil olan dayanacaq məntəqələri adlarının səsləndirilməsi və zəruriliyi onların diqqətinə çatdırılıb.
Daşıyıcı şirkətlər isə texniki problemin aradan qaldırılması istiqamətində işlərin görüldüyünü, yaxın vaxtlarda bütün avtobuslarda bu funksiyaların bərpa ediləcəyini bildiriblər.